“Atəşgah Sığorta”nın sədri dəyişib | Banco.az

“Atəşgah Sığorta”nın sədri dəyişib

 “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov vəzifəsindən azad edilib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, o, "Atəşgah Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) üzv seçilib. İndiyə qədər DŞ-da təmsil olunan Azər Əliyev isə "Atəşgah Sığorta"ya sədr təyin edilib. 

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

 "Atəşgah Həyat Sığorta" isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim"ə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et