“Atəşgah Sığorta”da vakansiya | Banco.az

“Atəşgah Sığorta”da vakansiya

“Atəşgah Sığorta” telemarketinq şöbəsinin operatoru vəzifəsinə işçi axtarır. Şirkətdən Banco.az portalına verilən məlumata görə, 21-35 yaşlarında ali təhsilli, satış bacarığı, təqdimat qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 8-dir.

Namizədə tələblər;

• Yaş: 21-35
• Təhsil: Ali
• Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi və stresə davamlılıq
• Satış bacarığı, təqdimat qabiliyyəti
• Dil bilikləri: Azərbaycan (əla), rus dili, ingilis dili (arzuolunan)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər (müsahibə zamanı dəyərləndiriləcək vacib keyfiyyətlər)

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı 

Əsas vəzifə öhdəlikləri;

• Telefon vasitəsilə sığorta məhsullarının satışı 
• On-layn alış və sorğuların cavablanması və monitorinqi 
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

Ən sərfəli kredit üçün müraciət et

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 - 18:00
• Sabit əmək haqqı 400 AZN + aylıq motivasiya

Məlumatlandırıcı qeydlər:

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et