“Atasığorta” səhmdarlarına hesabat verəcək | Banco.az

“Atasığorta” səhmdarlarına hesabat verəcək

İyunun 12-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 55 ünvanında (“Yeni Həyat” iş mərkəzinin 8-ci mərtəbəsində) olacaq.

Yığıncağın gündəliyinə 2016-cı maliyyə ili üzrə “Atasığorta”nın Direktorlar Şurasının və İdarə Heyətinin hesabatının, eləcə də müstəqil auditor rəyi ilə təsdiq edilmiş malıiyyə hesabatının dinlənilməsi, şirkətin mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et