"Atasığorta" cənub regionlarına genişlənəcək | Banco.az

"Atasığorta" cənub regionlarına genişlənəcək

“Atasığorta” ASC ölkənin regionlarında filial və nümayəndəliklərinin sayını artırmaq niyyətindədir. Bu barədə şirkətin idarə heyətinin üzvü Ramil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, ötən il şirkətin xidmət şəbəkəsinə 2 filial, 6 nümayəndəlik və 5 yeni satış ofisi əlavə olunub: "Sığorta məhsullarının satışı baxımından 2014-cü ildə “Atasığorta” ASC-nin dinamik inkişafını davam etdirmək üçün diqqətimiz cənub və şərq regionuna yönələcək".
Ramil Abdullayevin sözlərinə görə, regionlardakı AtaSığorta nümayəndəlikləri digər sığorta növləri ilə yanaşı, əsasən icbari sığorta növləri üzrə müştərilərə xidmət göstərirlər. Bununla belə, yaxın vaxtlarda könüllü sığorta növləri üzrə də xidmətlərin həcminin artacağı gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et