“AtaSığorta” 2019-un ilk rübü üzrə maliyyə nəticələrini açıqladı | Banco.az

“AtaSığorta” 2019-un ilk rübü üzrə maliyyə nəticələrini açıqladı

Şirkətdən verilən məlumata əsasən, cari ilin yanvar-mart ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 5,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1,1 milyon manat (26,9 %) artıb.

“AtaSığorta” ASC 2019-cu ilin 3 ayı ərzində 3,5 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 1,6 milyon manat (89,8 %) olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə şirkətin balans mənfəəti 160 min manatdan çox olmuşdur.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et