AtaBank-ın kapitalı artıb - SON GÖSTƏRİCİLƏR | Banco.az

AtaBank-ın kapitalı artıb - SON GÖSTƏRİCİLƏR

AtaBank 31 mart 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Sözügedən tarixə bankın cəmi aktivləri 619 mln. 512 min manat olub. Bu isə ötən ilin son rübü ilə müqayisədə 1% azdır. Bankın cəmi aktivlərinin 13 mln. 375 min manatı nağd vəsaitlər, 12 mln. 894 min manatı Mərkəzi Bankda müxbir hesabdakı vəsaitlər, 2 mln. 461 min manatı başqa banklarda müxbir hesablardakı vəsaitlər, 18 mln. 172 min manatı isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərdir. 

2018-ci ilin birinci rüb göstəricilərinə əsasən bank tərəfindən müştərilərə verilən kreditlər 464 mln. 331 min manat təşkil edib. Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 329 mln. 107 min manat olub. Bankın cəmi öhdəlikləri isə 472 mln. 353 min manat həcmində olub.

Ən sərfəli kredit üçün müraciət et

KAPİTALI ARTIB

AtaBank-ın cəmi kapitalı 2017-ci il 31 dekabr göstəriciləri ilə müqayisədə cari ilin  ilk rübündə 0,5%-ə yaxın artaraq 147 mln. 160 min manat olub. Qeyd edək ki, bankın nizamnamə kapitalı 136 mln. 67 min manatdır.

MƏNFƏƏTDƏDİR

2018-ci ilin ilk 3 ayında bankın əməliyyat mənfəəti 6 mln. 601 min manat olub ki, onun da 5 mln. 189 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Mənfəətindən 1 mln. 50 min manat mənfəət vergisi ödəyən AtaBank, cari ilin ilk rübünü 362 min manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et