Atabank 2017-ci ili mənfəətlə başa vurdu - HESABAT | Banco.az

Atabank 2017-ci ili mənfəətlə başa vurdu - HESABAT

"Atabank" 30 dekabr 2017-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb!

Balans hesabatına əsasən, sözügedən tarixə bankın cəmi aktivləri 625,861 mln. manat, cəmi öhdəlikləri isə 479,387 mln. manatdır.  Aktivlərin tərkibinə nəzər salarkən aydın olur ki, bankın kredit portfeli cəmi aktivlərin 464,034 mln. manatını təşkil edir. Həmin dövrdə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 329,409 mln. manat həcmindədir.

2017-ci ilin son rübündə bankın cəmi kapitalı 146,473 mln. manat təşkil edib.

Bankın aktivlərini 2016-cı ilin eyni dövrü ilə müqayisə etsək, 32% artım olduğunu müşahidə edərik. Həmçinin bu artım öhdəliklərdə də nəzərə çarpır. Lakin, bu artımın əsas səbəbi kimi ötən ilin ortalarında "Atabank" ilə "CDB Bank"ın konsolidasiyasını göstərə bilərik ki, bu zaman iki bankın aktivləri birləşdirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

"ATABANK" MƏNFƏƏTDƏDİR.

2017-ci il ərzində 6,601 mln. manat əməliyyat mənfəəti olan "Atabank", aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5,189 mln. manat ayırıb. 

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəəti 1,413 mln. manat olub və 1,050 mln. manat mənfəət vergisi ödəyib. Nəticədə, bank 2017-ci ili 362 min  manat xalis mənfəətlə başa vurub.

Balans hesabatı

Mənfəət və zərər hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et