Asiya İnkişaf Bankı Ekspert axtarışındadır | Banco.az

Asiya İnkişaf Bankı Ekspert axtarışındadır

Asiya İnkişaf Bankı (ADB) “Asiya İnkişaf Proqnozu-2016-2018/Asiya İnkişaf Proqnozu-2017 (Sublayihə 2): Mərkəzi Asiya” (Asian Development Outlook 2016-2018 - Asian Development Outlook 2017 (Subproject 2) – Central Asia) layihəsi çərçivəsində “fərdi konsultant seçimi” metodu ilə beynəlxalq ekspert axtarır. 

Sənəd qəbulu üçün son tarix noyabrın 10-u müəyyən edilib.

Məlumata görə, 264 günlük layihə üçün ümumilikdə 78 min ABŞ dollarının ayrılması planlaşdırılır. Seçiləcək şəxs Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda işləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyələşmə şərtlərinə gəlincə isə ayrılacaq 78 min dolların 76 822 dolları əsas xərclər, 1 178 min dolları isə gözlənilməyən xərclər üçün nəzərdə tutulub.

Qeyd edək ki, elan edilən müsabiqədən keçən uğurlu namizədin 2017-ci il yanvarın 9-dan fəaliyyətə başlayacağı gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et