ASC və QSC, fərqli və oxşar cəhətləri | Banco.az

ASC və QSC, fərqli və oxşar cəhətləri

Banco.az olaraq maliyyə terminləri arasında geniş yayılmış "səhmdar cəmiyyəti" və onun növləri haqqında araşdırma etdik. Qapalı və açıq səhmdar cəmiyyətlərin əsas xüsusiyyətlərinin ətraflı izahını verməyə çalışmışıq.

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir.

Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır.

Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir.

İstənilən fiziki və ya hüquqi şəxs onun təsisçisi ola bilər. Qanunvericilik səhmdar cəmiyyəti təsisçilərinin sayını aşağı minimal hədlə məhdudlaşdırmır – hətta bir fiziki və ya hüquqi şəxs də təsisçi ola bilər.

Qapalı səhmdar cəmiyyəti təsis etmək uçun qanunvericilik məhdudiyyətlər nəzərdə tutur.

Mülki Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, qapalı səhmdar cəmiyyəti iştirakçılarının sayı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş həddən yuxarı olmamalıdır. İştirakçıların minimal sayında məhdudiyyət yoxdur, maksimal sayda isə mövcuddur. Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il qərarı ilə QSC iştirakçılarının maksimal sayı 50 fiziki və ya hüquqi şəxs təşkil edir.

Qapalı tipli cəmiyyətdə səhmdarların sayı 50-dən çoxdursa, onda, o, il ərzində açıq tipli səhmdar cəmiyyətinə çevrilməli, ya məhkəmə qaydası ilə ləğv olunmalı, ya da səhmdarların sayı qanunvericiliklə qəbul edilmiş hüduda çatdırılmalıdır.

İkincisi, nizamnamə kapitalının minimal hüdudu qanunvericiliklə müəyyən edilib. Bu hədd qapalı tipli cəmiyyətlər üçün 2000 manat, açıq tiplilər üçün isə 4000 manat təşkil edir. Maksimal hüduda gəldikdə isə qanunvericilik onun məbləğini tənzimləmir. Başqa sözlə, qapalı tipli səhmdar cəmiyyətinin nizamnamə kapitalı, 2000 manatdan az olmamaq şərti ilə, istənilən məbləğdə ola bilər.

İstənilən tipdə səhmdar cəmiyyətinin yaradılmasında dövlət rüsumu 11 manatdır.

Qapalı tipli səhmdar cəmiyyətləri o deməkdir ki, yaxın zamanda təsisçilərin sayı və nizamnamə fondu artmayacaqdır.Qapalı tipli səhmdar cəmiyyətlərində yayılan səhmlərin hamısı adlı səhmlərdir və onlar yalnız təsisçilər,yaxud təsisçi müəssisələrin kollektivləri arasında bölüşdürülür. Bu cür səhmdar cəmiyyətləri nizamnamə kapitalını formalaşdırmaq üçün təsisçilərin öz kapitalları kifayət etdiyi hallarda yaradılır.Məhz bu səbəbə görə belə cəmiyyətlərin üzvlərinin sayı az olur və onlar da əksər hallarda ya şəxsən tanışlıq və ya qohuluq əlaqələrində olurlar. Səhmdar kapitalı könüllü səhmdarlar tərəfindən quylmuş vəsaitdən yaranır.Pay haqları aşağıdakıları ola bilər:

Ən sərfəli kredit üçün müraciət et

  • təsisçilərin pul vəsaitləri,haqları;
  • təsisçilərin natural haqları - səhmdar cəmiyyətinin idarə heyəti ilə müqavilə əsasında səhmdarlar cəmiyyətinin mülkiyyətinə və ya istifadəsinə verilmiş əmlakı və istehsal vəsaitlərini özündə əhatə edir;
  • qeyr-maddi aktivlər – dedikdə, qiymətli kağızlar, intellektual mülkiyyət obyektləri,müxtəlif xarakterli xidmətlər,istehsal imkanları və s. nəzərdə tutulur.Qeyri-maddi aktivlərin dəyərini pul və səhmlər formasında səhmdarlar cəmiyyəti iştirakçılarının özləri müəyyənləşdirilər.

Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Səhmdar cəmiyyətinin hüquqi şəxs qismində qeydiyyatından sonra sərmayələrin emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir.

Səhmdar cəmiyyətinin nizamnaməsində hüquqi şəxsdən, hüquqi ünvandan başqa nizamnamə kapitalının həcmi, səhmin nominalı, səhmlərin miqdarı göstərilməlidir. Səhmdar cəmiyyətinin nizamnaməsində qanuna zidd olmayan istənilən məlumat yerrləşdirilə bilər.

Qeydiyyat üçün səhmdar cəmiyyətinin yaradılması haqqında notarial qaydada təsdiq olunmuş müqavilə (əgər təsisçilər fiziki şəxslərdisə), həmçinin səhmdar cəmiyyətini hüquqi şəxs qismində qeydiyyatdan keçirilməsinə dair ərizə olmalıdır.

Cəmiyyətin təsisçisi (səhmdarı) olan hüquqi şəxslər öz təsərrüfat müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.

Səhmdar cəmiyyətlərinin bir sıra özünəməxsus xüsusiyyətləri var:o,maliyyə resurslarının səfərbərliyə alınmasının səmərəli üsullarından istifadə edir;bu cür müəssisələrdə risk səhmdarlarının üzərinə düşür və onlar müəssisənin işi üçün narahatçılıq keçirirlər.əgər sahibkar borca düşübsə və onu müflisləşmə gözləyirsə ,o, müəssisənin bütün vəsaitini bu işə sərf etməli və beləliklə də səhmə qoyduğu vəsaiti itirmiş olacaqdır;səhmdar müəssisənin idarə edilməsində birbaşa iştirak edir;səhmdar hər ilin sonunda müəssisənin maliyyə-təsərrüfat nəticələrindən gəlir götürmək hüququna malikdir;müəssisə öz səhmlərini, ilk növbədə öz işçilərinə satır.lazım gəldikdə isə onlara möhlətlə verir.Yalnız səhmlər artıq qaldıqda ,kənar adamlara satıla bilər

Ən sərfəli krediti almaq üçün müraciət et