ASB Bank-ın maliyyə vəziyyəti məlum oldu - GÖSTƏRİCİLƏR | Banco.az

ASB Bank-ın maliyyə vəziyyəti məlum oldu - GÖSTƏRİCİLƏR

ASB Bank 2017-ci ilin son rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Bankın dərc etdiyi balans hesabatına əsasən, aktivlərinin həcmi 945,189 mln. manat, öhdəliklərinin həcmi isə 854,830 mln. manat olub. 1 il ərzində bankın həm aktivlərində, həm də öhdəliklərində artım müşahidə olunub. Belə ki, 2016-cı il 31 dekabr tarixinə bankın cəmi aktivləri 787,179 mln. manat, cəmi öhdəlikləri isə 702,526 mln. manat idi.

Bankın kapitalı artıb.

ASB Bankın cəmi kapitalı isə 1 il ərzində 7% və ya 6 mln. manata yaxın artaraq 90,359 mln. manat olub.

Sözügedən tarixə, bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 298,830 mln. manat, bankda yerləşdirilən depozitlərin həcmi isə 628,657 mln. manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

İlin sonunda bankın xalis faiz gəlirləri 10,398 mln. manat, əməliyyat mənfəəti isə 6,693 mln. manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,354 mln. manat ayıran ASB Bank, 982 min manat mənfəət vergisi ödəyib. 

Beləliklə, bank 2017-ci ili 4,357 mln. manat xalis mənfəətlə başa vurub.

Tam hesabatla buradan tanış ola bilərsiniz:

Balans hesabatı

Mənfəət və zərər hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et