ASA-da Həyat Sığortası komitəsinin görüşü keçirilib | Banco.az

ASA-da Həyat Sığortası komitəsinin görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Həyat sığortası komitəsinin görüşü baş tutdu. ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Birliyin nümayəndələri, həmçinin, komitənin üzvləri qismində həyat sığorta şirkətlərinin nümayəndələri iştirak etdi. Görüşdə Həyat Sığortası komitəsinə “Atəşgah Həyat” ASC, “Qala Həyat” ASC və “Paşa Həyat” ASC-dən müəyyən edilmiş üzvlərin təsdiqlənməsi və komitənin fəaliyyət istiqaməti ilə əlaqədar digər məsələlər müzakirə edildi. Həmçinin, həyat sığorta sahəsi üzrə müvafiq məsələlərin komitənin gündəliyinə əlavə edilməsi təklif edildi və mübahisəli hesab olunan hallar barədə fikir mübadiləsi aparılaraq tələb olunan hallarda müvafiq addımların atılması qərar alındı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində Həyat sığortası komitəsi, Qeyri-həyat sığortası komitəsi və Hüquq komitəsinin yenidən təşkili və komitə üzvlərinin müəyyən edilməsi qərara alınmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et