Arbitraja nəvaxt müraciət olunur? | Banco.az

Arbitraja nəvaxt müraciət olunur?

Arbitraj

Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Məsələn, eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.

Arbitraj sövdələŞməsi

Müxtəlif birjalarda, müxtəlif çatdırılma müddətlərində və müxtəlif ödəniş vaxtlarında qiymət fərqlərinə əsaslanan birja sövdələşməsi. Arbitraj sövdələşmələrinin aşağıdakı növlərinə rast gəlinir:

  1.  valyuta arbitraj sövdələşmələri müəyyən məqamda valyuta məzənnələrində yaranan fərqə əsas lanır. Sadə valyuta arbitraj sövdələşmələri eyni valyutanın məzənnələrindəki fərqə, mürəkkəb arbitraj sövdələşməsi isə bir neçə valyutanın məzənnələrindəki fərqə əsaslanır;
  2.  faiz arbitraj sövdələşmələri – kapital bazarlarındakı faiz dərəcələrində olan fərqə əsaslanır;
  3.  əmtəə arbitraj sövdələşmələri – əmtəə bazarlarındakı qiy mətlərdə yaranan fərqə əsaslanır;
  4.  fond arbitraj sövdələşmələri – müxtəlif məzənnələr üzrə qiymətli kağızların eyni vaxtda alqı-satqısı,
  5. birja və birjadankənar bazarlarda, müxtəlif ölkələrin, regionların birja bazarlarında sövdələşmələrin, eləcə də zaman (coğrafi) qurşaqlarının müxtəlifliyindən birja məzənnələri arasındakı fərqləri nəzərə alan sövdələşmələrin eyni zamanda bağlanması;
  6.  eyni qiymətli kağızların abunə si hüququnun alınması və ya eyni vaxtda satışı ilə onların konvertasiyası.

Arbitrajın alınma növlərinə görə arbitraj sövdələşmələri divident və diskont arbitraj sövdələşmələrinə ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Arbitrajın üstünlükləri
Tərəflərin istəyindən və iradəsindən asılı olaraq mubahisələr barışıq yolu ilə həll oluna bilər. Bu, BKAM-ın Əsasnaməsində də nəzərdə tutulub. Təbii ki, son nəticə tərəflərin iradəsindən asılı olacaq. Məcburi icraya yönələcək son qərarı isə yalnız məhkəmələr və ya arbitraj çıxara bilər. Beynəlxalq təcrübədə arbitraj qərarlarının icra mexanizmi daha sadə, miqyası isə daha genişdir. BKAM-ın çıxardığı arbitraj qətnaməsi baxılan mübahisə üzrə son və qəti qərar olacaq. Bununla yanaşı, BKAM-ın Əsasnaməsinə görə, yalnız müstəsna olaraq tərəflərin əvvəlcədən razılaşdıqları halda, arbitraj qətnaməsi BKAM-ın Rəyasət Heyətində yenidən baxıla bilər. Qanunvericilikdə BKAM-ın arbitraj qətnaməsinin ləğv olunması üçün müstəsna əsaslar nəzərdə tutulsa da onlar çox məhduddur. Dünya təcrübəsində olduğu kimi, BKAM-ın Əsasnaməsində də son və qəti arbitraj qətnaməsinin şərtsiz icra olunması üçün tərəflərin əvvəlcədən razılığa gəlməsi nəzərdə tutulub.

«International Commercial Arbitration» Cəmiyyəti 2003-cü ildə Azərbaycanda ilk dəfə olaraq müstəqil kommersiya arbitraj institutunun yaradılması təşəbbüsünü irəli sürüb.  «İnternational Commercial Arbitration» Cəmiyyəti Azərbaycanda tanınmış və təcrübəli hüquqşünasların, müxtəlif peşə sahələrində təcrübəli və nüfuzlu mütəxəssislərin yaxından iştirakı və köməyi ilə 2003-cü il noyabrın 11-də Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini (BKAM) təsis edib.

Aşağıdakı link vasitəsilə, Beynəlxalq Arbitraj haqqında qanununun müddəalaı ilə tanış ola bilərsiniz.

BEYNƏLXALQ ARBİTRAJ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Ən sərfəli krediti almaq üçün müraciət et