Nyu-Yorklu tələbə Apple şirkətininin ona 1 milyard dollar ödəməsini tələb edir. Bloomberg məlumat verir ki, şirkətin səhvi nəticəsində gənc bir neçə oğurluqda ittiham edilərək, həbs edilib.
Banco.az xəbər verir ki, 18 yaşlı Nyu-York sakini Apple Store mağazalarından oğurluq etməsində ittiham edilərək, polis əməkdaşları tərəfindən öz evində saxlanılıb. Qeyd edilən mağazalar Massaçusets, Nyu-Cersi, Delaver və Nyu-Yorkda yerləşir.
Gənc, məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Haqlı olmasını sübut etmək məqsədi ilə həmin ərəfədə Manhettendə son zəngdə iştirak etdiyini və sürücülük vəsiqəsini itirdiyini qeyd edib. Tələbə oğlan, məhkəmə zalında verdiyi ifadədə; böyük ehtimalla əsl soyğunçunun sənədləri taparaq istifadə etdiyini bildirib. Apple şirkətinin üz tanıma tətbiqi isə səhvən Nyu-Yorklu gəncin oğru kimi tanıyıb.
Yuxarıda qeyd edilən şəhərlər tələbəyə qarşı irəli sürülən ittihamlar geri çəksə də, Nyu-Cersi bu məsələ ilə bağlı hələ tələsmir.
Bu səbəbdən gənc, Apple şirkətini yaranan vəziyyət ilə bağlı təzminat ödəməsini istəyir. İrəli sürülən ittihamlar və yaxalanma əmri - gəncin həm stress keçirməyə, həm də bir sıra problemlər ilə üzləşməyə vadar edib.