Apple şirkətində çalışmaq istəyirsinizsə, bu suallara cavab verin! | Banco.az

Apple şirkətində çalışmaq istəyirsinizsə, bu suallara cavab verin!

Hər kəsin çalışmaq istədiyi müxtəlif şirkətlər möcuddur və bu şirkətlər arasında dünyada tanınanlar xüsusi ilə seçilməkdədir. Apple, Amazon, Microsoft, Facebook kimi şirkətlərdə işçiyə xüsusi önəm verilir. Nə qədər qəribə səslənsə də bu kimi şirkətlərdə rəhbər vəzifədə çalışan öz idarəsində olan işçiyə xüsusi qayğıyla yanaşır. Səbəb isə çox sadədir: işçi işində xoşbəxtdirsə, onun faydalı olma ehtimalı da yüksək olur. Təbii ki, belə olan halda bu şirkətlərdə işə qəbul olmaq o qədər də asan deyil.

Bəzi şirkətlərdən fərqli olaraq nüfuza sahib bu şirkətlərdə işə qəbul zamanı “5 il sonra özünüzü harda görürsünüz?” kimi suallar vermək yerinə hər vakansiyaya uyğun tapşırıqlar verməyə üstünlük verirlər.

Banco.az, Apple şirkətində işə qəbul zamanı verilən sualları sizinlə paylaşır.

Məhsulu dizayn edən mühəndis üçün verilən sual - Bir fincan isti qəhvə və buzlu südünüz olsa soyuq qarışım almaq üçün ilk əvvəl hansını əlavə edərdiniz?

Məsləhətçi – Empire State binasının ağırlığı nə qədərdir? (Əzbər bilməyə ehtiyac yoxdur, əsas olan mülahizə yeritməyinizdir.)

Apple Genius namizədi – 5 yaşlı uşağa RAM-ın nə olduğunu necə başa salardın?

Sistem mühəndisi – Təyyarənin qanadının işləmə prinsipi necədir?

Ən sərfəli kredit üçün müraciət et

Hardware test dizayn lideri – iPhone-un iç hissəsini necə təsvir edərdiniz?

Ümumi tədarük rəhbəri – Qələmin maliyyətini necə aşağı sala bilərdin?

Məsləhətçi – 8 yaşlı bir uşağa modemin nə olduğunu və necə çalışdığını necə başa salardın?

Software mühəndisi - Ən sevdiyin application-ı necə test edərdin? Bu gün bura gəlmə səbəbin nədir?     

Satış mütəxəssisi – 20 dəq gözləyən əsəbləşərək özündən çıxan və kompüter almaq üçün Microsoft və ya başqa şirkətə gedəcəyini iddia edən müştərinin problemini necə həll edərdin?

Software mühəndisi – həyatınızda etdiyiniz və qürur hiss etdiyiniz iş nədir?

Project management mühəndisi – Son 4 ildə həyatında olan yaxşı və pis günlər.

Əslində bu suallar sadə görünsə də sizin namizəd kimi dəyərləndirməyinizdə vacib rol oynamaqdadır. Yəqin ki, bu səbəbdən də orda çalışan işçiyə 5 il sonra özünüzü harda görürsünüz sualı verilsə ya eyni şirkətdə fərqli pozisiyada yaxud Mayami sahilində kiçik istirahət guşəsində cavabını verər)

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et