Apple sayəsində zənginləşən Tayvanlı 11 biznesmen | Banco.az

Apple sayəsində zənginləşən Tayvanlı 11 biznesmen

Hələ 2017-ci ilin İyunun əvvəllərində, Apple-ın baş icraçı direktoru Tim Cook Twitter sosial şəbəkəsində, kompaniyanın tezliklə Tayvanda açılacaq “Apple Taipei 101” dükanın şəkillini paylaşmışdı. Bu Apple-in adada ilk outleti olsa belə, nəhəng texnologiya şirkətinin adanın iqtisadiyyatına təsiri hələ uzun illər öncə başlayıb.  Tayvanın investisiyalara açıq bir zona olması texnologiya şirkətlərinin bura marağınının yüksək olmasını təmin etmişdir.

Xarici mətbuata  istinadən Apple Store-nun açılışı bu şənbə gününə təsadüf edir

Burada istehsal olunan məhsullar içərisində optik linzalar, İD sensorlar, ötürücü çiplər, metal keyslər, müxtəlif yarımkeçiricilər, elektrik dioldurma cihazları və daha nələri qeyd etmək olar.

Sadəcə Apple şirkətinə olan satışlardan dolayı öz biznesini inkişaf etdirən və zənginləşən tayvanlı maqnatlar ilə siz də tanış olun.

Banco.az  Forbes.coma istinadən paylaşır. 

Daha çox Foxconn ticarət markası adı altında tanınan, dünyanın ən böyük müqavilə əsasında elektronika manufakturaçısı Hon Hai Precision neçə illərdir ki, texnoloji nəhəng üçün  iPhone və iPad istehsal edir. 

Şirkətin əsasını 1974-cü ildə, $7,500 dollar ilə qoymuş Terry Gou 1999-cu ilin əvvəllərindən bəri Apple üçün məhsul yığmaqla məşğuldur. 

Barry Lam məşhur Quanta Computerin təsisçidir. Dünyanın top fərdi kompüter (PC)  və noutbuk istehsalçılarından olan Quanta Computer 2015-ci ildə bazara təqdim olunan  Apple saatlarının ilk nəslini hazırlamışdır. Şirkət, Apple üçün smart saatlar hazırlayan firmalar arasında zirvədə qalmaqda davam edir. 

Lin və Chen 1987-ci ildə Largan Precision şirkətinin əsasını qoyub, şirkət Apple üçün, eyni zamanda Çinin smart telefon istehsalçıları Xiaomi və Huawei üçün kamera linzaları hazırlayır. 2016-ci ildə şirkət təxminən 6,6 milyard optik komponent satışı gerçəkləşdirib. 

Əsası 33 il əvvəl Jason və Richard Chang qardaşları tərəfindən qoyulmuş "Advanced Semiconductor Engineering" (Qabaqcıl Yarımkeçirici Mühəndisliyi) şirkəti öz törəməsi "Universal Scientific Industrial" (Universal Elmi Sənaye) vasitəsi ilə iPhone komponentləri üçün müxtəlif ötürürcü "böcək", həmçinin barmaq izləri əsasında şəxsiyyəti müəyyən edən sensorlar istehsalı ilə məşğuldur. 

Şirkətin gəlirlərinin dörddə birindən çoxu məhz Apple sayəsində formalaşır. 

Ən sərfəli kredit üçün müraciət et

Chengin Delta Alectronics şirkəti 1971-ci ildə fəaliyyətə televizor hissələrinin istehsalçısı kimi başlayıb. İndi o, enerji elektronikası üzrə qlobal liderdir, iPhone üçün passiv hissələr və Apple-ın MacBook-u üçün elektrik doldurma (charger) cihazları istehsal edir. 

Apple Deltanın ən böyük müştərisi olub, onun gəlirlərinin 8%-ni formalaşdırır. 

Chen 1977-ci ildə Yageo-nu təsis edib və 16 il sonra şirkəti publik edib. 

Şirkət iPhone-da da istifadə olunan çip resistorları tipində cihazlar istehsal edir. 

Horng-un Catcher Technology firması 2014-cü ildə iPhone üçün metal gövdə (keys) təchiz etməyə başlayıb. 

Analitiklər ehtimal edir ki, 2016-cı ildə satışlarının 60%-i Apple-dan formalaşan Catcher, yeni bütünlüklə şüşə displeydən ibarət iPhone nəslinə adaptasiya olaraq, həm metal, həm şüşə keys quraşdırılmasına başlayacaq. 

"Taiwan Semiconductor Manufacturing" (Tayvan Yarımkeçirici Manufakturası) 2016-cı ildə satışlarının 21%-ni apple-dən əldə edib. 

O,  ən yeni iPhone-lar üçüb A11 çiplərini hazırlayacaq. bu çiplər iPhone-nun ən bahalı komponenti hesab olunur.

Yüksəlməkdə və zənginləşməkdə olan maqnat Tung tərəfindən idarə olunan Pegatron, 2017-ci ilin may ayında royaltilərin ödənməməsinə görə Qualcomm tərəfindən məhkəməyə verilən dörd nəhəmg şirkətdən biridir. 

Birləşmiş Ştatlara ixrac Pegatron-un 2016-ci ildəki satışlarının 34%-ni təşkil edib. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et