Apple ikinci rüb göstəricilərini açıqlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Apple ikinci rüb göstəricilərini açıqlayıb

ABŞ-ın “Apple” korporasiyası bu ilin aprel-iyun aylarına aid maliyyə hesabatını açıqlayıb.

Banco.az portalının İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, aprel-iyun dönəmini hesabatında 3-cü rüb kimi dəyərləndirən şirkət gəlirinin və xalis mənfəətinin artdığını bəyan edib.

Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Şirkət keçən ilin aprel-iyun aylarında 42,4 milyard dollar gəlir əldə etmişdi. Toplam gəlirin 61%-i beynəlxalq satışlardan qazanılıb.

Korporasiya xalis mənfəətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatdığını açıqlayıb. (Keçən il 7,8 milyard olub.)  

Açıqlamada “iPhone”, “iPad” və “Mac” kompüteri satışlarının artdığı da vurğulanıb. Belə ki, 3-cü rübdə “iPhone” satışları 1,5% artaraq 41 milyon 26 min, “iPad” satışları 14,8% artaraq 11 milyon 424 min ədəd təşkil edib.

Şirkətin “AppleCare” və “ApplePay” kimi xidmətlərdən əldə etdiyi gəlir bu dönəmdə 21,6% artımla 7,27 milyard dollara yüksəlib. “Apple TV” və “Apple Watch” kimi məhsullardan əldə edilən gəlir də 23% artıb və 2,73 milyard dollar olub.

“Apple” maliyyə ilinin sonunda (4-cü rüb) 52 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.