"Apple" firmasının həm gəliri, həm xalis mənfəəti azalıb | Banco.az

"Apple" firmasının həm gəliri, həm xalis mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”ın gəlirləri iPhone satışlarına görə gözləniləndən çox hesablanıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” firması yanvar-mart aylarını əhatə edən dövr üzrə balans hesabatını dərc edib.

Şirkətdən edilən açıqlamaya görə, sözügedən ayların ikinci rüb kimi qəbul edildiyi 1 aprel tarixində sona çatan rüblük balans hesabatında şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3 faiz azalaraq 94,8 milyard dollar qeydə alınıb. Şirkətin ötən ilin eyni dövrü üzrə gəliri 97,3 milyard dollar təşkil edirdi.

Gəlirlərdə azalma müşahidə edilsə də, bazar ekspertləri bu dövr üçün 92,9 milyard gəlir gözlədiklərindən hazırki nəticə proqnozlardan yuxarıdır.

“Apple”ın ötən ilin eyni dövründə 25 milyard dollar olan xalis mənfəəti 3,4 faiz azalaraq 24,2 milyard dollara düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin səhmbaşına mənfəəti isə bu müddət ərzində dəyişməyərək 1,52 dollar səviyyəsində qalıb.

Qeyd edək ki, sözügedən ikinci rübdə “Apple”ın smartfon satışları artıb, ancaq planşet və kompüterlərin satışı isə azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et