Apple adını tarixə yazdı | Banco.az

Apple adını tarixə yazdı

Apple, bazar dəyəri 700 milyard dollara qədər qalxan ilk şirkət oldu.

Texnologiya divası olan Apple, rekordlarına daha bir yenisini əlavə etdi. Financial Times-da verilən bir xəbərə görə texnologiya nəhəngi olan Apple-nin bazar dəyəri iPhone 6 satışları və şirkətin Çin potensialı səbəbi ilə 700 milyard dollara qalxdı. Apple bu yol ilə bazar dəyəri 700 milyard dolları aşan ilk şirkət oldu. 700 milyard dollarlıq bazar dəyəri, hal-hazırda dünyada 19 ölkənin iqtisadi böyüklüyünü geridə qoyur.

Apple şirkətinin hissəsi bu il 60% -ə yaxın dəyərləndirildi. Şirkətin hissəsi hal-hazırda 120 dollara yaxın bir səviyyədə əməliyyat görür. Bunda yeni telefonların böyük təsiri oldu. iPhone 6 modelləri təqdim edilməmişdən əvvəl, şirkətin hissəsi yayın əvvəlində 100 dollar səviyyəsindən əməliyyat görürdü.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya nəhəngi keçən ay, üçüncü rübdə 39,3 milyon ədəd iPhone satdığını açıqladı. Apple CEO-su Tim Cook, mövzuyla əlaqədar verdiyi açıqlamada, "İndiki məqamda istehsal etdiyimiz hər şeyi satırıq" dedi.

Bildirmək istədik ki, Microsoft və Google-nin bazar dəyəri isə 400 milyard dollar səviyyəsindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et