Annuitet və diferensial ödəniş arasında fərqlər | Banco.az

Annuitet və diferensial ödəniş arasında fərqlər

Bu gün demək olar ki, hər addım-başı bankların təklif etdiyi əlçatan və rəsmiləşdirilməsi asan olan kredit məhsullarına rast gəlmə mümkündür. Kredit təklifinin bütün cəlbedici xüsusiyyətlərinə və sizə rahatlıq verməyən problemi dərhal həll etmək iqtidarında olmasına baxmayaraq, bankların reklam təkliflərinə olduqca diqqətlə və ehtiyatla yanaşmaq lazımdır. Olur ki, problemi həll etmək üçün götürdüyünüz kredit özü yeni bir problem və yükə çevrilir, müştəri bilmir ki, hər ay  gecikməsi olmasın deyə, pulu haradan tapsın, nəcə “düz-qoş” etsin. Nəyə görə belə olur? Axı ilk baxışda elə görünür ki, borcalan kredit şərtləri ilə tanışdır və bu, onun “gücü çatan” bir məbləğdir. Praktika isə göstərir ki, borcalan hətta aylıq ödəniş məbləğini bilsə belə, müddətin sonuna qədər həmin məbləği ödəmək gücündə olmur. Adətən bunun səbəblərindən biri də annuitet ödənişləridir.  

Bəs annuitet ödənişləri nədir?

Tərifinə əsasən annuitet ödənişlər – kreditlər üzrə aylıq bərabər hissəli ödənişlər edilməsini nəzərdə tutan ödəniş formasıdır, onlar annuitet formasında hesablanır ( annuite latınca illik, hər illik).

Annuitet ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (kreditin əsas hissəsi)  çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir.

Bu üsulla bank özünü borcalanın öz öhdəliyini yerinə yetirmədi hallarda. Həmçinin kreditin vaxtından daha tez bağlandığı zaman yaşana biləcək mümkün faiz itkilərindən sığortalayır. Əsasən isə bu cür ödəniş forması öz gəlirliyi baxımından bank üçün daha sərfəli hesab edilir.

Gəlin müqayisə üçün eyni bir məbləğin həm annuitet, həm də diferensial ödənişlərlə geri qaytarılmasını nəzərdən keçirək. Diferensial ödənişlərdə ödədiyiniz məbləğ getdikcə azalmağa doğru gedir və kredit xərciniz daha az olur.

  • Məbləğ: 100 000 AZN
  • Müddət:  1il (12 ay)
  • Faiz; 20%

Annuitet ödənişlər üzrə cədvəl

Ay

Aylıq ödəniş

Ödənilən faizlər

Əsas borc

Qalıq məbləğ

 

1

9 263

1 667

7 597

92 403

2

9 263

1 540

7 723

84 680

3

9 263

1 411

7 852

76 828

4

9 263

1 280

7 983

68 845

5

9 263

1 147

8 116

60 729

6

9 263

1 012

8 251

52 477

7

9 263

875

8 389

44 089

8

9 263

735

8 529

35 560

9

9 263

593

8 671

26 889

10

9 263

448

8 815

18 074

11

9 263

301

8 962

9 112

12

9 263

152

9 112

0

  • Aylıq ödəniş: 9263 AZN
  • Kreditin xərci: 11 161

Diferensial ödəniş cədvəli

Ay

Aylıq ödəniş

Ödənilən faizlər

Əsas borc

Qalıq məbləğ

 

1

10 000

1 667

8 333

91 667

2

9 861

1 528

8 333

83 333

3

9 722

1 389

8 333

75 000

4

9 583

1 250

8 333

66 667

5

9 444

1 111

8 333

58 333

6

9 306

972

8 333

50 000

7

9 167

833

8 333

41 667

8

9 028

694

8 333

33 333

9

8 889

556

8 333

25 000

10

8 750

417

8 333

16 667

11

8 611

278

8 333

8 333

12

8 472

139

8 333

0

Ən sərfəli kredit üçün müraciət et

  • Aylıq ödənişlər azalır: 10 000 ... 8 472
  • Kreditin xərci: 10 833

Çox illik müqavilələr fərlər daha ciddi alınır. Gəlin 50 min manatın 5  il ərzində geri ödənilməsi arasında fərqlərə baxaq.

Məbləğ: 50 min manat Faiz:18%   Müddət: 5 il (60 ay)

Annuitet ödəniş cədvəli

Ay

Aylıq ödəniş

Ödənilən faizlər

Əsas borc

Qalıq borc

1

1 270

750

520

49 480

2

1 270

742

527

48 953

Cədvəl qısaldılıb

60

1 270

19

1 251

0

  • Aylıq ödənişlər: 1 270
  • Kreditə görə cəmi xərc: 26 180

Diferensial ödəniş cədvəli

Ay

Aylıq ödəniş

Faizlər

Əsas borc

Qalıq məbləğ

1

1 583

750

833

49 167

2

1 571

737

833

48 333

Cədvəl qısaldılıb

60

846

12

833

0

  • Aylıq ödənişlər: 1 583 ... 846 AZN (getdikcə azalır)
  • Kredit xərci: 22 875

Fərqlər açıq aydındır. Müddət artdıqca, 5, 10 və ya 20 illik cədvəllərdə bu fərq daha ciddi şəkildə özünü göstərir, xüsusi ilə də ipoteka kimi uzun müddətli kreditlərdə. Müştərilər illərlə krediti ödəmələrinə rəğmən əsas borc məbləği çox cüzi şəkildə azalır.

Könül Sotanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et