Annuitet nədir? | Banco.az

Annuitet nədir?

Annuitet, müəyyən zaman intervalında və müəyyən miqdarlarda edilən nizamlı ödənişlər sistemidir.  

Yəni tərifə əsasən annuitet ödənişlər – kreditlər üzrə aylıq bərabər hissəli ödənişlər edilməsini nəzərdə tutan ödəniş formasıdır. Bu söz Latın sözü olub, «Annus» (il) sözündən götürülmüşdür. Termin olaraq borc məsələlərində istifadə edilir.

Annuitetləri müəyyən və qeyri-müəyyən annuitetlər olaraq iki qrupda araşdırmaq olar. Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir. Lakin qəza sığortası,təqaüd aylığı kimi ödənişlərdə isə, ödənişlərin başlama ya da bitmə tarixi naməlum olduğu üçün bu cür annuitetlərə qeyri-müəyyən annuitetlər deyilir.

Annuitet ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (kreditin əsas hissəsi) çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir.

Banklar üçün annuitet ödəniş sistemindən istifadə sərfəli hesab olunur. Çünki banklar bu zaman faizlərdə daha çox mənfəət qazanırlar.

Borcalanlar üçün isə bu sistemin yeganə üstünlüyü,  aylıq ödənişlərin bəbabər olmasıdır.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç