“Android” smartfonlarda peyk rabitəsi olacaq | Banco.az

“Android” smartfonlarda peyk rabitəsi olacaq

“Google” şirkəti “Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.

Bu barədə “Google”un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokxeymer məlumat verib.

Şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan “Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, “Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et