«Amrahsığorta»dakı 10 qat artımın səbəbi MƏLUM OLDU | Banco.az

«Amrahsığorta»dakı 10 qat artımın səbəbi MƏLUM OLDU

Azərbaycanın ən kiçik sığorta şirkətlərinən biri olan «Amrahsığorta» yanvar-may aylarında inanılmaz performans nümayiş etdirərək sığorta yığımlarını ötən illə müqayisədə 11 dəfə artırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlərə görə, «Amrahsığorta» yanvar-may aylarında 102,8 min manat sığorta haqqı toplayıb.

Bu rəqəm ölkənin digər sığorta şirkətləri üçün çox kiçikdir və «Amrahsığorta» bu göstərici ilə sığorta yığımları renkinqində sonuncu yerdədir. Amma eyni zamanda bu göstərici şirkətin ötənilki rəqəmlərini 11 dəfə üstələyib. Belə ki, ötən ilin ilk 5 ayında şirkət yalnız 9,3 min manatlıq sığorta haqqı toplamış, əvəzində 35,6 min manat sığorta ödəniş etmişdi. Ümumilikdə isə şirkətin 2017-cı il üzrə topladığı sığorta haqları 21,5 min manat, həyata keçirdiyi ödənişlər isə 72,5 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ildən isə «Amrahsığorta»nın yığımları sürətli şəkildə artmağa başlayıb. Artım özünü xüsusilə mart ayından göstərib. Belə ki, şirkət yanvarda 4,7 min manat, fevralda 6,5 min manat, martda 19,7 min manat, apreldə 46,9 min manat, may ayında isə 25 min manatlıq sığorta haqqı toplayıb.

Şirkətdən verilən məlumata görə, yığımlardakı artım sığortanın «kasko» növünün hesabınadır. Belə ki, «Amrahsığorta»nın «qohum» bankı olan «Amrahbank» kredit xəttini bərpa edib, o cümlədən avtomobil satışı üzrə kreditlərin verilməsinə başlayıb. Bankın kredit ayırdığı avtomobillər isə «Amrahsığorta»da sığortalanır. Bu səbəbdən şirkətin yığımlarında artım müşahidə olunur. Bununla yanaşı, qeyd edək ki, kasko sığortasındakı artım özünü şirkətin ödənişlərində də göstərəcək. 

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et