“Amrah Bank”ın zərəri 46% artıb | Banco.az

“Amrah Bank”ın zərəri 46% artıb

“Amrah Bank” ASC 2018-ci ili 12,554 milyon manat zərərlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətəm 46% çoxdur.

Ötən il “Amrah Bank”ın gəlirləri 16,889 milyon manat, o cümlədən faiz gəlirləri 8,709 milyon manat, qeyri-faiz gəlirləri 8,18 milyon manat, xərcləri 26,764 milyon manat, o cümlədən faiz xərcləri 11,304 milyon manat, qeyri-faiz xərcləri 15,46 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,679 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Amrah Bank”ın aktivləri 230,33 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% çoxdur. Bunun 111,862 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə Bankın kredit portfeli 17,5% böyüyüb. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə “Amrah Bank”ın öhdəlikləri 27,7% artaraq 203,929 milyon manata çatıb. Bunun 185,93 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 34,3% böyüyüb.

İl ərzində “Amrah Bank”ın balans kapitalı isə 41,4% azalaraq 26,401 milyon manata düşüb.

renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et