AMB-nin depozit hərracında tələb təklifi 3 dəfə üstələyib | Banco.az

AMB-nin depozit hərracında tələb təklifi 3 dəfə üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 586,1 mln. manat təşkil edib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Ən sərfəli kredit üçün müraciət et

Hərracda tələb təklifi 2,9 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et