AMB: Manatın sabitliyi de-dollarizasiya meyli yaradır | Banco.az

AMB: Manatın sabitliyi de-dollarizasiya meyli yaradır

Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyli yaradır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, bu ilin I yarısında neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36,5%, o cümlədən qeyri-neft ixracı 27,9% artıb, idxal isə 15,7% azalıb. Xarici ticarət balansının profisiti 1,9 mlrd. ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et