Amazon'un 2021 hədəfi | Banco.az

Amazon'un 2021 hədəfi

Dünyanın ən böyük onlayn pərakəndə şirkəti olan Amazon 2021-ci ilə qədər 3000 ədəd kassasız mağaza açmağı hədəfləyir.

Xəbərdə yer alan məlumatlara görə, Amazon 2019-cu il planları arasında San Francisco və New York kimi mərkəzlərdə 50 Amazon Go açmaq var. Son hədəf isə belə dükan sayını 2021-ci ilə qədər 3 minə çatdırmaqdır.

Şirkət ilk kassasız mağazasını 2016-cı ildə ABŞ-ın Seattle şəhərində, sadəcə təchizatına 1 milyon dollardan çox ödəyərək həyata keçirmişdi. Daha sonra Seattle şəhərində iki və Chicagoda yeni bir Amazon Go açıldı.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin Amazon mobil tətbiqiylə girib ödənişləri də tətbiq üzərindən, kassa sırası gözləmədən etdiyi Amazon Go'larda ən çox satılan məhsullar arasında hazır yeməklər üstünlük təşkil edir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et