Amazon ikinci kassasız supermarketini açmağa hazırlaşır | Banco.az

Amazon ikinci kassasız supermarketini açmağa hazırlaşır

Amerikanın nəhəng şirkətlərindən biri olan Amazon, Amazon Go-nun yeni supermarketlər şəbəkəsini açmaq istəyir. Bu supermarketlər şəbəkəsi digərlərindən fərqli olaraq kassa və mühafizəçilər olmadan fəaliyyət göstərəcək. Xatırladaq ki, bu tip Amazon Go marketləri artıq ikinci dəfədir ki, istifadəyə verilir. Supermarketin 2018-in payızında Sieltdə açılması gözlənilir. Bu haqda məlumatı The Verge xəbər agentliyi paylaşıb. Supermarketin şəhərin mərkəzindəki Medison Centre-də 1000 kv m. ərazidə yaradılması gözlənilir. Yeni maqazinin ilkindən 3dəfə böyük  olması gözlənilir. İlk başlarda maqazinin 2018-in sonu Çikaqo və San-Fransiskoda açılması gözlənilirdi. Amazon Go-nun ilk mağazası Sielt ərazisində bu ilin yanvar ayında açılmışdı. Buranın əsas fərqli cəhəti kassa və sıranın olmamasıdır. Bura sadəcə mobil telefonunda QR kodu olan Amazon istifadəçiləri daxil ola bilər. İçəri daxil olan müştərin lazım olanları aldıqdan sonra Amazon Go məbləği hesablayaraq hesabdan çıxır.

Ən sərfəli kredit üçün müraciət et

Bu sahədə Microsoft da öz yeniliklərini təqdim etməkdə davam edir. Ümid edirik texnoloji vasitələrin belə istifadəsi gələcəkdə başqa problemləri də bərabərində gətirməz.

 

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et