Amazon Bitcoin ödənişlərini qəbul edəcək | Banco.az

Amazon Bitcoin ödənişlərini qəbul edəcək

Bitcoin istifadə edən kəslər artıq Amazon kimi saytlar üzərindən alış-veriş etmək üçün lightning şəbəkəsini istifadə edə biləcək.

Kripto ödəmə təşəbbüskarı Moon startap texnologiyası, verdiyi açıqlamada Lightning Network şəbəkəsinə uyğun hər hansı bir hesabdan e-ticarət saytları üzərindən alış-veriş edilə biləcəyini açıqladı. Bunun üçün Moon'un brauzer əlavəsini istifadə etmək lazımdır. Sistem aktivləşmədən əvvəl 250 istifadəçi beta testlərində Moon istifadə edərək kriptovalyutalarla ticarət edə bildi.

Ən sərfəli kredit üçün müraciət et

Moon CEO-su Ken Krugerin şərhinə görə faktura üçün QR kodu veriləcək və ödəniş əməliyyatı bu kodu istifadə etməklə həyata keçirilə bilər.

Amazon satıcıları isə ödəmələrini kriptovalyuta ilə deyil normal valyuta olaraq alır. Çevrilmə əməliyyatını hələlik Moon həll edir, ancaq firma 2020-ci ilə qədər demək olar ki, bütün e-ticarət saytlarının Bitcoin qəbul edəcəyini söyləyir.

Qeyd edək ki, Moon keçən il New Yorkda qurulmuşdu. Təxminən 30 adam tərəfindən qurulan şirkət, 100 min dollarlıq bir sərmayə ilə işə başlamışdı.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç