Altcoinlər barədə suallara cavab | Banco.az

Altcoinlər barədə suallara cavab

Necə çalışdığını tam olaraq anlamasalar belə, hər kəsin artıq bitcoindən xəbəri var. Lakin bu sahədə yeni olanlar, yüzlərlə altcoin kimi işlənən kriptovalyutaların varlığından xəbər tutmağa başladıqdan sonra, təəccüblərini gizlədə bilmədikləri açıq-aşkar hiss olunur.  Altcoin, kriptovalyutaların daha maraqlı sahəsidir, lakin hər kəs üçün deyil. Bu yazını investisiyalarını altcoinə yatırmaq istəyən, lakin hələ də, bu sahədə məlumatı az olan altcoinlərlə maraqlanan insanlar üçün qeydə almışam.

Altcoin nədir və nə üçün istifadə edilir?

Sözün özündən də gördüyünüz kimi altcoin,  “bitcoinin alternativi” mənasına gəlir.Yəni, bitcoindən başqa, hər bir kriptovalyuta altcoin ola bilər. Altcoinlər, bitcoinin alternativi kimi işləndiyindən, ən azı onun kimi inkişaf etməyə, ya da onu əvəzləməyə çalışır.

Dünyada nə qədər altcoin var?

CoinMarketCapa görə, dünyada təqribən yüzdən çox altcoin mövcuddur və bu rəqəm hər gün artmağa davam edir. Altcoinlər, öz əməliyyat sürətinə, paylanma metoduna, alqoritmasına görə valyuta bazarında əsas yer tutur. Lakin altcoinlər çox uzun  yaşamır, burada tək istisna isə, Litecoindir. Dünyada ən böyük  altcoin hesab olunan bu kriptovalyuta, bitcoindən fərqli alqoritmik xususiyyətlərə malikdir. Eyni zamanda, Litecoinin valyuta dəyəri daha yüksəkdir.  Buna görə də Bitcoin qızıldırsa, Litecoin gümüşdür deyə bir ifadə də yaranıb. 

 

Altcoinlərin məqsədi nədir?

Altcoinlər fərqli məqsədlərə xidmət edir. Məsələn, Ripple,  istifadəçilərin daha rahat ödəniş etməsinə,  CounterParty və  Mastercoin,  blockhchain platformasını mühafizə  etmək üçün bitcoinə qanaət etməyə xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

İlk altcoin hansı olmuşdur?

2011-ci il aprel ayının 11-də, dünyanın ilk altcoini olan Namecoin yaradılır. Namecoin eyni zamanda valyuta kimi fəaliyyət göstərir. Onun əsas məqsədi, internet senzurasını daha çətinləşdirmək, domen adını qeydiyyatdan kənarlaşdırmaqdır. Namecoin, bazarda ən çox təqdim edilən 10 kriptovalyuta  arasındadır. Eyni zamanda, qısa ömrü olmasına baxmayaraq, ən uğurlu altcoin hesab edilə bilər.

Nə üçün altcoinlərə investisiya edim?

İlk öncə bilməlisiniz ki, altcoinlər dəyişkənliyə tez-tez uğraya bilər. Əslində, altcoinlərin bazardakı toplam dəyərinin aşağı olmasına baxmayaraq, onlar öz qiymətləri ilə bazarı manipulyasiya etməyi bacarırlar. Beləki, treyderlər bazara aşağı qiymətli altcoinlər yerləşdirərək, ümumi qiymətləri qaldırırlar. Qiymətlər əhəmiyyətli dərəcədə qalxdıqca, həmin treyderlər  altcoinlərini geniş miqdarda sataraq mənfəət əldə etməyə başlayırlar və bu proses nəticəsində bir sıra investorlara zərər gələ bilər.

Ona görə də, altcoinə investisiya etmək üçün ilk öncə araşdırın. Anlamadığınız kriptovalyutaya investisiya etməyin. Çünki, məlumatsız şəkildə altcoinə investisya etsəz çətinliklə qazandığınız pulu tezliklə itirə bilərsiniz. Ən önəmlisi də, heç vaxt itirməyi nəzərdə tutduğunuz məbləğdən çox investisiya etməyin. Çünki, bu təkcə pulunuzun deyil, xəyallarınızın da puç olması deməkdir.

Altcoinləri haradan əldə edə bilərəm?

Bitcoin kimi altcoin də əldə etməyin yolları çoxdur. Əgər siz altcoin almaq istəyirsinizsə, BTER, Bittrex, MintPal, Cryptsy kimi saytlardan  istifadə edə bilərsiniz.

Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç