Almaniyada inflyasiya gözlənilmədən artıb | Banco.az

Almaniyada inflyasiya gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya fevral ayında ərzaq qiymətlərinin bahalaşması ilə əlaqədar artım göstərib.

Banco.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatına görə, Aİ-yə uyğun gələn İstehlakçı Qiymət İndeksi (CPI) fevral ayında aylıq 1 faiz, illik isə 9,3 faiz artıb. 

Proqnozlar isə aylıq 0,7 faiz, illik 9 faiz artım istiqamətində idi. 

Xatırladaq ki, yanvarda inflyasiya 9,2 faiz təşkil etmişdi.

İqtisadçılar enerji qiymətlərinin ucuzlaşmasının təsiri ilə inflyasiyanın yavaşlamasını gözləyirlər, lakin davam edən qiymət təzyiqləri səbəbindən bu tendensiyanın sürətli olmama ehtimalı istisna edilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et