Almaniyada fabrik-zavod sifarişləri artım göstərib | Banco.az

Almaniyada fabrik-zavod sifarişləri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik-zavod sifarişləri iyulda kəskin şəkildə azaldıqdan sonra avqustda 3,9 faiz artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üzrə fabrik və zavod sifarişləri ilə bağlı müvəqqəti məlumatı açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə istehsal olunan məhsullar üzrə sifarişlər avqust ayında əvvəlki ayla müqayisədə 3,9 faiz artıb, 2022-ci ilin eyni ayı ilə müqayisədə isə 4,2 faiz azalıb.

Bazar proqnozu aylıq 1,8 faiz artıma işarə edirdi.

Qeyd edək ki, Almaniyada avqust ayında daxili sifarişlərdə aylıq 4 faiz, beynəlxalq sifarişlərdə isə 3,9 faiz artım olub.

Ən sərfəli kredit üçün müraciət et

Destatis tərəfindən edilən açıqlamaya görə, 2023-cü ilin avqust ayında sifarişlərdəki güclü artım əsasən hesablama avadanlığı, elektronika və optik məhsulların istehsalında müşahidə edilən 37,9 artımla bağlı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et