“Alibaba” “Trendyol” ilə ortaq olur | Banco.az

“Alibaba” “Trendyol” ilə ortaq olur

  • 2010-cu ildə yaradılan “Trendyol”, 16 milyon istifadəçisi ilə Türkiyənin aparıcı e-ticarət platforması olmaqla yanaşı, 90 milyondan çox aylıq ziyarətçi sayı ilə bölgənin ən sürətlə böyüyən e-ticarət şirkətidir.
  • “Alibaba Group” dünyanın ən böyük onlayn və mobil ticarət şirkətidir. Şirkətin missiyası dünyanın hər yerində fəaliyyət göstərmək və ticarəti asanlaşdırmaqdır. Şirkət gələcək üçün tiracət infranstrukturu yaratmağı hədəfləyərkən, müştərilərinin “Alibaba” platforması vasitəsilə tanış olacağı, işləyəcəyi, vaxt keçirəcəyi, yaşayacağı bir gələcək vəd edir.  

Çinin e-ticarət şirkəti olan “Alibaba” “Trendyol” şirkətinə sərmayə qoyur. Sərmayənin həcmi hələ elan edilməsə də, müxtəlif mənbələrdən eldə edilən məlumatlara görə, “Trenyol”-un ortaqlarından olan “Tigers Global”“Kleiner Perkins” şirkətlərinin səhmlərinin hamısını “Alibaba”-nın aldığı və “Trendyol”-un təsisçisi və CEO-su Demet Mutlunun hissə payında heç bir dəyişiklik olmadığı deyilir.

Bu sərmayə qoyuluşu “Alibaba”-nın qloballaşma ilə bağlı qərarlılığını və Türkiyə üçün də bugünə qədərki ən böyük internet sərmayəsi olması baxımından əhəmiyyət kəsb edir.

Ən sərfəli kredit üçün müraciət et

Razılaşmaya əsasən bu iki şirkət “Trendyol”-un Türkiyə və ətraf ərazilərdə böyüməsini sürətləndirmək və gücləndirmək üçün birlikdə çalışacaq. Bu müddət ərzində “Alibaba” “Trendyol”-a texnologiya, onlayn ticarət, mobil ödəmə, logistika, beynəlxalq ticarət kimi sahələr üzrə informasiya dəstəyi göstərəcək və öz təcrübələrini bölüşəcək.

80 milyon əhalisi olan Türkiyə Avropadakı ən gənc ölkələrdən biridir və bu vəziyyət xüsusilə e-ticarət bazarı üçün çox ciddi potensial yaradır. 16 milyondan çox müştərisi olan “Trendyol” şirkəti Türkiyə və əhatəsindəki bölgənin sürətlə böyüyən və daha çox inkişaf potensialına sahib e-ticarət bazarında mühim bir mövqeyə sahibdir. Türkiyənin pərakəndə satış həcminin sadəcə 3.5 %-nin internet vasitəsilə həyata keçirilməsi, “Trendyol”-un böyümə və pərakəndə sektorda dəyişiklik yaratma potensialının olduğunu göstərir. Türkiyə üç milyondan çox kiçik və orta müəssisələri, böyük və inkişaf etmiş istehsal imkanları, logistik infranstrukturu və qonşu ölkələrlə olan əlaqələri səbəbilə “Alibaba”-nın bölgədəki böyüməsi üçün ideal bir mərkəz olma imkanına sahibdir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et