Albalı və Bolkart – rəqabət bizi təkmilləşdirir | Banco.az

Albalı və Bolkart – rəqabət bizi təkmilləşdirir

Bu günləri hamımızın hər yerdə rastlaşdığımız əsas reklamlar bu iki kartla bağlı olur. Artıq 2 ildən çoxdur ki, sözü gedən taksit kartlar gündəlik həyatımızın bir hissəsinə çevrilib.

Bir-biri ilə daima pərakəndə bazar uğrunda mübarizə aparan Unibank və Bank of Baku-nun taksit kart məhsulluları olan Albalı və Bolkart da həmin rəqabət sayəsində çoxlu dəyişikliklərə məruz qalmışlar. Bəs nəticədə hansı kart daha çox əlverişlidir?

Taksit kart – sizə faizsiz hissə-hissə ödəniş etmək imkanı verən ödəniş kartıdır.

Albalı və Bolkart – ilk yaranarkən

Bazara daxil olma tarixləri:

Bolkart - 2011 Oktyabr

Albalı - 2012 İyul

Bu kartlardan bazara ilk daxil olan Bolkart olmuşdur və həmişə birincilik avantajından istifadə edir. Nəticədə, Bolkart daha çox partnyora sahibdir və bu kart ilə daha çox ticarət müəssisəsində alış-veriş etmək mümkündür.

Əsas xüsusiyyətləri:

İlk yaranarkən kartlar bir-birindən çox az xüsusiyyətinə görə fərqlənirdi və çoxlu ortaq  cəhətlərə malik idi.

  • Hər iki kart taksit kartı idi və hissə-hissə, faizsiz və əlavə xərcsiz alış-veriş etmək imkanı verirdi.
  • Hər iki kart pulsuz verilir və komisyon haqqı olmadan rəsmiləşdirilirdi.
  • Hər iki kartı arayışsız almaq mümkün idi (əməkhaqqının 2 və ya 3 misli qədər kredit limiti verilirdi və limiti aşmaq mümkün deyildi).
  • Tələbələr üçün də kart verilişi nəzərdə tutulmuşdu.
  • Yalnız partnyor dükanlarda alış-veriş etmək mümkün idi (bankın öz post terminallarında).
  • Nağdlaşdırmaq imkanı məhdud idi (çünki bu kartar nağd çıxarılış üçün nəzərdə tutulmayıb).
  • İnternetdə, ölkə xaricində və ya digər dükanlarda alış-veriş etmək mümkün deyildi.
  • Faizlər olmadığı üçün grace periode (möhlət müddəti) də yox idi.
  • Kredit üzrə borc məbləğləri hər növbəti ayın 10-na qədər ödənilirdi.
  • Gecikdirmə olduqda günlük cərimə hesablanır (hər iki bankda cərimə kartda ödənişi gecikdirdiyiniz hər gün üçün ödəməli olduğunuz məbləğin 1%-i qədər hesablanır).
  • Kartlar arayış olmadan, tək şəxsiyyət vəsiqəsi əsasında verilirdi və zamin tələb olunmurdu.
  • Kartlar üç illik müddətə verilir. Kartın istifadə müddəti bitdikdə belə, bu, sizin limitinizə təsir göstərmir. Məsələn, siz növbəti  6 ay ərzində 40 manat olmaqla 240 manat ödəniş etməlisiniz, lakin sizin kartdan istifadə müddəti başa çatıb. Bu halda istifadə edilmiş məbləği qrafikə uyğun olaraq, ödəyə bilərsiniz və kartın müddətinin bitməsinə görə borcunuzu da vaxtından əvvəl bağlamağa ehtiyac yoxdur. 

Fərqli cəhətləri:

  • Bolkartda yalnız kampaniya müddətində nağdlaşdırma mümkündür.
  • Albalıda isə hər ay 200 AZN civarında nağdlaşdırma imkanı var idi.
  • Albalı ilə etdiyiniz alış-verişlərə bonus qazanır və hədiyyə əldə edə bilirdiniz.

Təxminən iki il ərzində bu xüsusiyyətlərlə sözügedən kartlar bazarda liderlik uğrunda mübarizə apardılar. Həmin müddətdə bazara başqa taksit kartlar da daxil oldu. Lakin aqressiv kredit siyasətində, reklamın böyük rol oyanması, xərclər və s. heç də hamı bu rəqabətə tab gətirmir, bazarı tərk etməsələr də həmin kartlar gündəmdə olmağı bacarmır.

Bu zaman Bolkart yenə də güclü bir sıçrayış edir və öz rəqibi ilə müqayisədə böyük avantajlar qazanır. Bolkart-Mastercard brendi ilə əməkdaşlıq qurur. Bu əməkdaşlıq kart sahiblərinə böyük imkanlar yaradır:

Ən sərfəli kredit üçün müraciət et

Rəqibindən fərqli olaraq Bolkart ilə:

  • Bütün dükanlarda və pos-terminallarda alış-veriş etmək mümkün olur.
  • Bu zaman partnyorlarla alış-veriş əvvəlki qaydada taksitlər həyata keçirilir.
  • Digər dükanlarda isə istifadə edilən məbləği gələn ayın 10-a qədər faizsiz geri ödəyə bilərsiniz. Növbəti ayın 10-na qədər ödəməsəniz, hər ayın 11-dən etibarən qalıq borc məbləğinə müqavilədə göstərilən həcmdə (2,5%) əlavə komissiya hesablanır və hesablanmış komissiya növbəti ayın 10-na qədər tam ödənilməlidir. Bu zaman Sizin bankdakı kredit tarixçəniz korlanmır və kartın bitmə müddəti, üstəgəl 12 ay ərzində Siz borc öhdəliyinizi bağlamalısınız. 
  • Bolkart-Mastercard ilə həm ölkə xaricində, həm də internetdə ödənişlər etmək mümkün olur.
  • Kartda quraşdırılan çiplər nəticəsində kart daha təhlükəsiz ödəniş etmək imkanı verir.
  • Balans limiti 5000-ə qədər artır.

Bu xüsusiyyət Bolkarta müraciət edənlərin sayını artırır. Qeyd etdiyim kimi birincilik və partnyor şəbəkəsinin geniş olmasından istifadə edir.

2011-ci ilin oktyabr ayında emissiya edilib, 2013-cü ilin yanvarında kartların sayı 60 000 olduğu halda 2013-cü ilin oktyabrında bu rəqəm 160 000 idi, hazırda isə Bolkart sahiblərinin sayı 216 mindən çoxdur.

Albalıdan  Albalı Plus-a doğru

Rəqibinin güclü gedişindən sonra zənnimcə Unibank bazara onu təkrarlayacaq deyil, daha üstün və fərqli funksiyalar təqdim edəcək bir kart təqdim etməli idi.  Çünki Albalı bazara yenə də sadəcə Bolkartda cəmlənən xüsusiyyətlərlə çıxsaydı yaddaşlarda yenə də ikinci olaraq qalacaqdı. Ona görə məhsul üzərində işlər və araşdırmalar uzun çəkdi. Lakin düşünürəm ki, gözləməyə dəyərdi və nəticədə özündə dörd fərqli karta məxsus xüsuiyyətləri birləşdirən Albalı Plus müştərilərin ixtiyarına verildi.

1.     ALBALI PLUS – taksit kart kimi. Bu zaman Albalı+ özündə əvvəlki Albalı kartın bütün taksit kart funksiyalarını əhatə edir. Siz kartdan yenə də əvvəlki kimi istifadə edərək alış-veriş edir, bonuslar qazanır, aldığınız malın dəyərini hissə-hissə ödəyirsiniz.

2.     ALBALI PLUS – güzəşt müddətli kredit kartı kimi. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur.

3.     ALBALI PLUS depozit kartı kimi. Bu zaman sizin öz kartınıza qoyduğunuz məbləğə illik 6%-ə qədər faizlər hesablanır. Faizin miqdarı isə kredit reytinqinizdən asılıdır. Bu zaman nağd pulu kartda saxlamaq daha sərfəli olur.

4.     ALBALI PLUSbeynəlxalq debet kart kimi. BEYNƏLXALQ KARTDIR. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər, üstəlik Unibank bankomatlarında vəsaitinizi KOMİSSİYASIZ NAĞDLAŞDIRA bilərsiniz. Albalı Plusun imkanları sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

Hər iki karta və onun yaradıcılarına öz müştərilərinə sevincli anlar yaşatmağı, yeni uğurlar qazanmağı və naliyyətlərinin bol olmasını arzu edirik.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç