Aktuari kimdir? və aktuariat haqqında nə bilirik? | Banco.az

Aktuari kimdir? və aktuariat haqqında nə bilirik?

AKTUARİ -Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.

Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır.

Aktuari riyazi, iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini minimallaşdıran polislərin formalaşadırılması üçün istifadə edir. Bu səbəbdən aktuari sığorta və təkrar sığorta sahələri üçün zəruridir. Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların investisiya yolları kimi məsələləri öyrənir.

Aktuarilər öz biliklər toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.

Aktuari sığorta tatiflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və başqa ehtimallara əsaslanan modellər qurur. Aktuariyə öz biliklərini aşağıdakı nisbətlərlə toplaması tövsiyyə olunur:

  • riyazi biliklər və risk qiymətləndirilməsi üsulları (ehtimal, statistika, aktuar və maliyyə riyaziyyatı, ekonometrika) – 50%
  • iqtisadi biliklər - 25%
  • qanunvericilik bilikləri, informasiya sistemləri, ixtisas praktikası – 25%

Bu keyfiyyətlər toplusu aktuarini maliyyə təhlükəsizliyində tək ixtisasçı kadr edir, bu da imkan verir ki, onlar müvafiq aktuarilik imtahanları keçirsinlər, hansı ki, hazırkı dövrdə çox vacibdir. Belə ki, səhv qərarların verilməsi böyük iqtisadi və nəticədə sosial fəlakətlərə gətirib çıxarda bilər.

Aktuar hesablamalar

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemi. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurulmasında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtimalının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesabla malar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar hesablamanın köməyilə sığorta fon dunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsindən, demoqrafik məlumatlardan, uzunmüddətli statistik məlumatlardan, maliyyə hesab lamalarından istifadə edilir. Ma liyyə hesablamalarının köməyilə sığortaçının sığortalayanlar tə rə findən akkumulyasiya olunmuş ödənişlərinin kredit resursları kimi istifadə edilməsindən əldə olu nan gəlirlər də nəzərə alınır. Hazırda aktuar hesablamalardan sığorta əməliyyatları ilə yanaşı, digər maliyyə əməliyyatlarında da tərəf-müqabillər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində, o cümlədən qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsində geniş istifadə olunur.

Aktuar mənfəət və zərər

Müəyyən dövr ərzində şirkətin aktuar qiymətləndirmələrə nəzərən yaranan əlavə mənfəəti və ya zərəri. Bunlar aşağıdakılarla əlaqədar ya ra nır:

(i) təcrübə əsasında dəqiq ləşdirmələr aparılması (gələcək hadisələr haqqında ilkin aktuar fərziyyələrlə həqiqətdə baş verənlər arasındakı fərqə əsasən);

(ii) aktuar fərziyyələrdə dəyişiklər baş verməsi. Aktuar mənfəət və zərərlər müəyyən olduqları dövrlərin mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir.

Aktuar risk

Aktuar hesablamaların xətası ilə əlaqədar yaranan risk. Aktuar risk sığorta hadisəsinin baş verməsinin riyazi gözləməsi ilə ölçülür. Bu risk müəyyən sığorta mükafatının ödənilməsi əvəzinə örtülür.

Aktuariat

Maliyyə, xüsusilə də  sığorta əməliyyatlarında ehtimal nəzə riyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yalnız həyat sığortasında istifadə olunsa da, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Aktuariat maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuariat istiqrazların nə zəri əsaslandırılması və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gə lir lərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir.

Azərbaycanda aktuar hesablamalar üzrə tədris proqramının 1-ci kursu 2008-ci il 15 iyul tarixində başlayıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et