Aİ çip qanunu ilə 90 milyard avrodan çox investisiya cəlb edib | Banco.az

Aİ çip qanunu ilə 90 milyard avrodan çox investisiya cəlb edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) çip qanunu çərçivəsində 90 milyard avrodan çox investisiya cəlb edib.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ötən il hazırladıqları çip istehsalına dəstək qanunu sayəsində çip sənayesinə 90 milyard avrodan çox investisiya cəlb etdiklərini açıqlayıb.

Fon der Leyen Belçikanın Leuven şəhərində nanoelektronika və rəqəmsal texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq Ar-Ge təşkilatı IMEC-ə səfəri zamanı mətbuata açıqlama verib.

Fon der Leyen IMEC-in dünya miqyasında rəqəmsal innovasiyalar üzrə aparıcı qurum olduğuna diqqət çəkərək bildirib ki, Aİ tədqiqat proqramları çərçivəsində ötən 10 ildə IMEC-ə 300 milyon avrodan çox investisiya yatırıb.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin sözügedən çip qanunu ilə Avropanı qlobal yarımkeçirici tədqiqatları, dizaynı, sınaqları və istehsalında lider etmək istədiklərini dilə gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et