Aİ bu sahədə istehsal üçün 500 milyon avro ayıracaq | Banco.az

Aİ bu sahədə istehsal üçün 500 milyon avro ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ silah-sursat istehsalını artırmaq üçün 500 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən ibarət Avropa Şurası və Avropa Parlamenti silah-sursat artımına dair hüquqi tənzimləmə ilə bağlı razılığa gəlib.

“Silah-sursat İstehsalına Dəstək Qanunu” adlı hüquqi tənzimləmə qurudan yerə artilleriya döyüş sursatı və raket istehsalı potensialının inkişaf etdirilməsi üçün Aİ büdcəsindən 500 milyon avro ayrılmasını nəzərdə tutur.

Qeyd edilib ki, Aİ-nin sözügedən maliyyə dəstəyi Avropadakı müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Aİ qanunvericiliyinin iyulun sonuna kimi qüvvəyə minməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et