1957-ci ildən bu günə hər il 22 iyul Beynəlxalq Beyin Günü olaraq qeyd olunur. Ağlımız ətrafdakılardan ən çox dəyər görən xüsusiyyətimizdir. Nə qədər nisbi bir anlayış olsa da, ağıllı olmağın da müəyyən göstəriciləri var. Ağıllı olmaq krasvordları doldura bilmək, hər vəziyyəti öz xeyrinə istifadə etmək deyil. Beyninizin gücündən tam şəkildə istifadə etsəniz, hər şey çox daha başqa cür olardı. Ağıllı insanlar zəkasını düzgün yönləndirə bilən insanlardır. Bu gün sizinlə ağıllı insanları ağıllı edən 5 xüsusiyyəti bölüşəcəyik.
1. Olmuşlara deyil, olacaqlara fokuslanmaq
Ağıllı insanlar gələcək haqqında aydın və detallı təsəvvürə malik olurlar. Onlar keçmişin yüklərini deyil, gələcəyin planlarını boyunlarına götürürlər. Sırf bu səbəbdən də, ağıllı insanlar stress problemləri ilə nadir hallarda qarşılaşırlar.
2. Onlar “hə” deyirlər.
Kaliforniya Universitetinin professor Travis Bradberry-nin araşdırmalarına görə “yox” kəliməsi çətinliklərdən qaçmaq üçün vasitə deyil. Əksinə, məsuliyyətlərdən qaçdıqca stess, depressiya kimi hallar daha da kəskinləşir.
3. Onlar bütün prizmalardan baxa bilirlər.
Subyektiv düşüncələrə deyil, bütün tərəflərin fikirlərinə istinad etmək lazımdır. Hər kəs öz fikirlərində haqlı olduğunu düşünür. Bəs, həqiqətən də, haqlı deyilsinizsə necə? Ağıllı insanlar hər kəsin ən xırda fikrini belə nəzərə alır.
4. Onlar öz uğur təriflərini özləri yazır.
Balaca olanda heç birimiz birdən birə yerimədik. Yıxıldıq, qalxdıq, cəhd etdik. Atdığımız hər addım ardından növbəti addımı gətirdi. Ağıllı insanlar nə istədiyini bildiyi üçün əvəzi nə olursa olsun ödəməyə hazır olur. Onlar bir addım üçün 10 dəfə yıxılmağı gözə alırlar.
5. Onlar uğurlarını ləngidirlər.
Standford Universitetində keçirilən bir eksperimentdə uşaqlara bir ədəd şokolad verilir. Lakin 15 dəqiqə artıq gözləyənlərə ikinci şokolad veriləcəyi də bildirilir. İkinci şokoladı gözləyən uşaqlar sonrakı həyatlarında daha yüksək nəticə əldə edirlər. 40 illik eksperiment daha çox uğur qazanmaq üçün səbr etməyin vaciblini bir daha sübut edir.
Sevinc Hüseynova, banco.az