Afina əlacsız vəziyyətdə qaldı | Banco.az

Afina əlacsız vəziyyətdə qaldı

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstan ilə bağlı yardım proqramı üzrə danışıqları dayandırıb. Buna səbəb tərəflərin problemin müzakirəsində irəliləyişə nail olmamasıdır.

Bu barədə BVF-nin nümayəndəsi Qerri Rays bildirib.

O deyib ki, bizim aramızda ciddi fikir ayrılığı var. Əsas məsələlərin əksəriyyəti üzrə razılıq yoxdur. Son zamanlar maliyyə yardımlarının azaldılması məsələsində narazılıq mövcuddur. Beləliklə, biz razılaşmanın gələcək nailiyyətindən çox uzağıq.

Onun sözlərinə görə, Fondun nümayəndə heyəti Brüsseldən geri çağırılıb: "İndi hər şey Yunanıstanın üzərindədir."

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et