AFB Bank-ın kapitalı azalıb, zərərdədir - HESABAT | Banco.az

AFB Bank-ın kapitalı azalıb, zərərdədir - HESABAT

AFB Bank 2017-ci ilin son rübünə olan maliyyə hesabatlarını açıqlayıb.

Belə ki, sözügedən dövrdə bankın cəmi aktivləri 494,620 mln. manat olub. Bu isə ötən ilin ilk rübü ilə müqayisədə 55,8% çoxdur.

Bankın cəmi öhdəlikləri isə 2017-ci ilin mart göstəriciləri ilə müqayisədə 2 dəfəyə qədər artaraq 428,074 mln. manat olub. 

Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 218,053 mln. manat, bankda yerləşdirilən müştəri depozitlərinin həcmi isə 287,813 mln. manat təşkil edib. 

Bankın kapitalı azalıb.

AFB Bankın kapitalı 2017-ci ilin martında 82,173 mln. olduğu halda, dekabr ayının sonuna 23% azalaraq 66,546 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bank 2017-ci ili zərərlə başa vurub.

Ötən ilin sonunda 17,820 mln. manat əməliyyat mənfəəti əldə edən bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmala 30,006 mln. manat ayırıb. Bu isə bankın risk ölçülü aktivlərinin artımından xəbər verir. Nəticədə, AFB Bank ili 12,185 mln. manat zərərlə başa vurub.

Tam hesabatla buradan tanış ola bilərsiniz:

Balans hesabatı

Mənfəət və zərər hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et