AFB Bank 11 mln. manat zərərdədir | Banco.az

AFB Bank 11 mln. manat zərərdədir

"AFB Bank" 2017-ci ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,49% artaraq 349,500 mln. manat təşkil edib, öhdəliklərinin həcmi isə 281,920 mln. manat olub.

Bankın aktivlərinin həcmində kredit portfeli 219,882 mln. manat təşkil edib. 

Bankın depozit portfeli hesabat dövrü ərzində 44,26% artaraq 143,407 mln. manata çatıb. Əhalinin əmanətləri 26,176 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 24,73% çoxdur. Öhdəlikləri isə 281,920 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bir il ərzində bankın nizamnamə kapitalı isə dəyişməyərək 70,393 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9,84% azalaraq 23,357 mln. manat, xərcləri isə təxminən 30,96% artaraq 12,631 mln. manat olub.

Cari ilin 9 ayını bank 11 mln. 312 min 329 manat zərərlə başa vurub. Bankın 3-cü rübü zərərlə başa vurmasına səbəb aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata 25,305 mln. manatın ayırması olub. Bu da bankda problemli aktivlərin artmasından xəbər verir.

Ən sərfəli krediti almaq üçün müraciət et