AccessBank rəqəmlərdə: 2013 -2014 | Banco.az

AccessBank rəqəmlərdə: 2013 -2014

AccessBankın aktivlərinin həcmi 30% artaraq, 1054 mlrd manat təşkil edib. Bankın maliyyə göstəricilərinə istinad edən Banco.az bu barədə məlumat verir.

AccessBank 2014-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Başa çatan il ərzində Bankın aktivlərikredit portfeli müvafiq olaraq, 30,9% və 30,8% artıb. Bankın aktivlərinin həcmi 1.054 mlrd manat təşkil edib. Overdraflar da daxil olmaqla kredit portfelinin həcmi isə 821, 470 mln olub.

Ötən il ərzində Bankın ayırdığı məqsədli ehtiyatların həcmi bir il öncə ilə müqayisədə 2,4 dəfə (148%) artaraq, 3,612 mln olub. Beləliklə? Bankın xalis kredit portfelinin həcmi 817, 858 mln təşkil edib ki, bu da ötən ilki rəqəmdən 30,5% daha çoxdur.

Bankın depozit porfelində artım  31,7%, cəmi kapitalında artım isə 19,8% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, noyabr ayına olan göstəcilərə əsasən Bankın əməkdaşlarının sayı 2187 nəfərdir. Qalan iki ay ərzində də onların sayının artma ehtimalı vardır. Ümumilikdə? ötən il ərzində Bankın öz əməkdaşlarına ödədiyi əməkhaqqı və digər kampensasiya məbləğlərinin cəmi 50, 715 mln  manat təşkil edib. Bu isə 2013-cü illə müqayisədə 30,4% daha çoxdur. Ötən il həmin rəqəm 38,864 mln manat olub.

2014-cü ildə Bankın vergidən öncəki xalis mənfəəti 51, 206 mln, vergidən sonrakı mənfəəti isə 40,436 mln təşkil edib.  Bu 2013-cü ilin göstəricilərindən müvafiq olaraq, 47,7 % və 48,7% daha çoxdur. Bankın ödədiyi verginin həcmi isə 10,770 mln olub.

Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz. 

AccessBank: 2013-2014 |Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et