AccessBank-la səyahət etmək daha asandır | Banco.az

AccessBank-la səyahət etmək daha asandır

Yay fəsli səyahətin və istirahətin əsl zamanıdır, istirahətinizin gözəl və qayğısız keçməsi üçün isə onu əvvəlcədən planlaşdırmaq lazımdır. Tədbirli olmaq üçünelə indi AccessBank-ın myAccess mobil bankinq əlavəsini yükləyin. İstədiyiniz yerdən, günün saatından asılı olmayaraq vəsaitlərinizi nəzarətdə saxlayın, pul köçürmələri və valyuta mübadiləsi edin, və ya kreditinizi rahatlıqla ödəyin. Hətta ödəniş kartınızı itirsəniz, narahat olmayın, kartınızı dərhal myAccess-də bloklaşdıraraq vəsaitlərinizin təhlükəsizliyini təmin edə bilərsiniz. 

myAccess mobil əlavəsi istifadədə çox asandır -sistemə daxil olmaq üçün telefonunuzun rominq xidmətinə qoşulu olmasına ehtiyac yoxdur, sadəcə Google Authenticator-la istənilən yerdən daxil ola bilərsiniz. myAccess əlavəsini həmçinin korporativ müştərilər də çox rahatlıqla istifadə edə bilər. Olduğunuz yerdən asılı olmayaraq vergi və digər ödənişləri keçirib, hesablardan çıxarışları əldə edib vəsaitlərinizi idarə edə bilərsiniz. Xatırladaq ki, myAccess tam təhlükəsizdir və imkanları daim yenilənir və təkmilləşir.

Ən sərfəli kredit üçün müraciət et

myAccess-in funksiyaları haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindənfacebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.  myAccess əlavəsiniApp StoreGoogle Play-dən yükləmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et