“AccessBank” kreditləri artırdığı sahələri açıqlayıb | Banco.az

“AccessBank” kreditləri artırdığı sahələri açıqlayıb

100 faiz xarici kapitallı bank olan “AcessBank” QSC-nin ticarət, kənd təsərrüfatı və nəqliyyat sektorlarına ayırdığı cəmi kreditlər artıb.

Ötən il Bank kredit aktivliyini bərpa edərək portfelini artırıb. Belə ki, 2017-ci ilin sonunda kredit portfeli 698 milyon 120 min manat ikən, 2018-ci ilin sonunda 704 milyon 776 min manata yüksəlib (il ərzində 6 milyon 656 min manat artıb).

Kredit portfelinin sektorlar üzrə bölgüsündən məlum olur ki, artım ticarət, kənd təsərrüfatı və nəqliyyat sektorlarına verilən kreditlərin artması hesabına reallaşıb. Belə ki, ticarət sektoruna verilən kreditlər 7 milyon 96 min manat artaraq 296 milyon 505 min manata, kənd təsərrüfatı sektoruna verilən kreditlər 3 milyon 879 min manat artaraq 80 milyon 799 min manata, nəqliyyat sektoruna verilən kreditlər isə 4 milyon 778 min manat artaraq 16 milyon 273 min manata yüksəlib. Bu 3 sektor üzrə verilən kreditlər 15 milyon 753 min manat artıb. Lakin xidmət, istehsal və istehlak kreditlərinin 10 milyon 755 min manat azalması bu artımın bir hissəsini silib.

Ən sərfəli kredit üçün müraciət et

Xidmət sektoruna ayrılmış kreditlər 4 milyon 235 min manat azalaraq 237 milyon 880 min manata, ev təsərrüfatlarına verilən kreditlər 2 milyon 669 min manat azalaraq 26 milyon 838 min manata, istehsal sektoruna verilən kreditlər isə 3 milyon 851 min manat azalaraq 44 milyon 823 min manata düşüb.

Eyni zamanda, digər sektorlara 1 milyon 658 min manat kredit verilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et