AccessBank-ın göstəriciləri açıqlandı: KAPİTALI ARTIB | Banco.az

AccessBank-ın göstəriciləri açıqlandı: KAPİTALI ARTIB

AccessBank 2017-ci ilin 31 dekabr tarixinə olan maliyyə göstəricilərini açıqlayıb. 

Sözügedən tarixə bankın cəmi aktivləri 844,821 mln. manat, cəmi öhdəlikləri isə 775,958 mln. manat təşkil edib.

Bank tərəfindən müştərilərə verilən xalis kreditlər 503,503 mln. manat olub. Bank-ın depozit portfeli isə 1 il ərzində  40% artaraq 399,815 mln. manata çatıb.

AccessBank-ın kapitalı artıb!

Bank-ın cəmi kapitalı 2016-cı ilin sonu ilə müqayisədə 31% artaraq 68,863 mln. manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Ötən il, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13,688 mln. manat ayıran bank, ili 56,380 mln. manat zərərlə başa vurub.

Tam hesabatlarla buradan tanış ola bilərsiniz:

Ən sərfəli krediti almaq üçün müraciət et