ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə səfər edəcək | Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə səfər edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen bu həftə Çinə səfər edərək yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen 6-9 iyul tarixlərində Çinin paytaxtı Pekində səfərdə olacaq.

Bu barədə nazirlikdən bəyanat verilib.

Bəyanatda qeyd olunub ki, Yellenin Çinə səfəri ABŞ prezidenti Co Baydenin prezident Si Cinpinlə noyabrda ABŞ və Çin arasında qlobal iqtisadiyyat və maliyyə də daxil olmaqla bir sıra məsələlər üzrə kommunikasiyanı dərinləşdirmək məqsədi ilə keçirdiyi görüşdən sonra prosesin davamı kimi qiymətləndirilir.

Bəyanatda iqlim dəyişikliyi və borc problemləri kimi qlobal problemlərdə iki ölkə arasındakı əməkdaşlıq üçün səylərin göstərildiyi vurğulanıb

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et