ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftəyə görə təxminən 5 milyon 800 min barel artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 5 milyon 800 min barel artaraq 457 milyon 300 min barelə çatdığını açıqlayıb.

Ekspertlərin proqnozu ehtiyatların 900 min barel artacağı istiqamətində idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji əhəmiyyətli xam neft ehtiyatları isə təqribən 600 min barel artaraq 364 milyon 200 min barel səviyyəsinə çatıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları da təxminən 700 min barel artaraq 228 milyon 500 min barel olub.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftəyə görə gündəlik orta hesabla 183 min barel azalaraq 6 milyon 434 min barel, xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 314 min barel azalaraq 2 milyon 708 min barel hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et