ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb | Banco.az

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

"Beynəlxalq Yer Günü" münasibətilə Co Bayden günəş enerjisi layihələri üçün 7 milyard dollar qrant elan edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ lideri “X” sosial hesabında bildirib.

“İqlim dəyişikliyi bəşəriyyət üçün real təhlükə yaradır. Hər gün biz iqlim dəyişikliyi ilə mübarizə üçün əlimizdən gələni etməyə çalışırıq. "Beynəlxalq Yer Günü"ndə mən bütün amerikalıları Yer kürəmizi qorumaq zərurəti üzərində düşünməyə və iqtisadiyyatı inkişaf etdirərkən hamı üçün daha sağlam, təhlükəsiz və ədalətli gələcək yaradarkən iqlim dəyişikliyi ilə mübarizə çağırışına qulaq asmağa çağırıram”, - deyə Bayden bəyan edib.

Qeyd edək ki, hər il dünyada aprelin 22-si "Beynəlxalq Yer Günü" kimi qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et