ABŞ-da məşğulluq göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-da məşğulluq göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq sentyabr ayında güclü şəkildə artıb.

Banco.az xəbər verir ki, ABŞ-da sentyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanıb.

Buna görə, ölkədə kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı ötən ay 336 min nəfər artıb.

Məlumatlar işsizliyin 3,8 faiz səviyyəsində qaldığını göstərir.

İqtisadçıların proqnozu artımın 170 min olacağı istiqamətində idi. İşsizlik nisbəti üzrə proqnoz isə 3,7 faiz olaraq təyin olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et