ABŞ sakinləri kollec təhsilini başa vurduqdan sonra, asanlıqla istədikləri şəhərə köçüb karyeralarını həmin yerdə qurmağa qərar verə bilər. Eyni sözü bir ştatdan digərinə yeni perspektiv axtarışında köç edən iş adamları haqqında da demək olar.
Əhalisinin sayının 2,4 mln nəfər olmasına rəğmən, Oregon ştatının Portland şəhərində yalnız bir publik kompaniya vardır ki, illik satışlarının həcmi – 3 mlrd dollar təşkil edir. Söhbət mərkəzi bazası Bivertonda yerləşən Nikedən gedir. Amma nəhəng korperasiyaların olmaması heç də yeni universitet və kollec məzunların; Portlanda köçmək fikrindən daşındırmır. Belə ki şəhər həm də yaxşı ekologiyası, gözəl istirahət imkanları və təmiz havası ilə onları cəlb edir.
Təhsilli gənc insanların axını, şəhərdə ev təsərrüfalarının gəlirlərinin 2011-ci illə müqayisədə 4% artmasına səbəb olub, işsizlik səviyyəsi isə 2009-cu ildəki pik- 11,3%-lik göstəricidən azalaraq, 4%-dən aşağı enib. İqtisadi artım potensialı sayəsində Portland Forbes jurnalının ABŞ-da karyera və biznes imkanları üçün ən yaxşı şəhərlərinin reytinqində birinciliyə yüksəlib.
Reytinqin tərtibində - məşğulluq səviyyəsində artım, biznes və yaşayış xərcləri, son beş il ərzində əhalinin gəlirlərinin artması, təhsil səviyyəsi və 2019-cu il üçün proqnozlaşıdırlan iqtisadi artımla bağlı 14 göstərici əsas götürülüb.
1. Portland, Oregon
Əhalisi: 2,4 milyon nəfər
Ümum daxili məhsul:157 milyard dollar
Şəkil: Getty Images
2. Raleigh, Şimali Karolina
Əhalisi: 1,3 milyon nəfər
Ümum daxili məhsul: 72 milyard dollar
Şəkil: Getty Images
3. Seattle, Vaşinqton
Əhalisi: 2,9 milyon nəfər
Ümum daxili məhsul: 266 milyard dollar
Şəkil: Getty Images
4. Denver, Kolorado
Əhalisi: 2,8 milyon nəfər
Ümum daxili məhsul: 184 milyard dollar
Şəkil: Getty Images
5. De Moin, Iowa
Əhalisi: 636.000 nəfər
Ümum daxili məhsul45 milyard dollar
Şəkil: Getty Images
6. Provo, Utah
Əhalisi: 605,400 nəfər
Ümum daxili məhsul 24 milyard dollar
Şəkil: Getty Images
7. Charlotte, Şimali Karolina
Əhalisi: 2,4 milyon nəfər
Ümum daxili məhsul139 milyard dollar
Şəkil: Getty Images
8. Austin, Texas
Əhalisi: 2 milyon nəfər
Ümum daxili məhsul 124 milyard dollar
Şəkil: Getty Images
9. Atlanta, Corciya
Əhalisi: 5.8 milyon nəfər
Ümum daxili məhsul: 335 milyard dollar
Şəkil: Getty Images
10. Dallas, Texas
Əhalisi: 4,8 milyon nəfər
Ümum daxili məhsul: 336 milyard dollar
Şəkil: Getty Images