ABŞ-da istehsal sektorunun aktivliyi gözləniləndən aşağı olub | Banco.az

ABŞ-da istehsal sektorunun aktivliyi gözləniləndən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) istehsal indeksi ötən ay proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, ISM iyun ayı üzrə istehsal sənayesi indeksini açıqlayıb.

Buna görə, ISM istehsal indeksi iyun ayında əvvəlki ayla mqayisədə 0,9 bənd azalaraq 46 punkt olub.

Bazar proqnozlarını doğrultmayan indeksin bu dövrdə 47,2 dəyərini alması gözlənilirdi.

Qeyd edək ki, 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə imza atan və istehsal sənayesindəki daralmanın davam etdiyinə işarə edən indeks may ayında 46,9 punkt qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et